SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirəcək
15-11-2020, 21:15

Amerika Birləşmiş Ştatları gələn həftə İrana qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo adından yayılan yazılı açıqlamada qeyd olunub.

Bildirilib ki, bir il əvvəl İran şəhərlərindəki nümayişlərdən sonra, rəsmi Tehran həyata keçirdiyi repressiyaların izlərini senzura, hədə-qorxu yolu ilə gizlətməyə çalışıb və internetə tam məhdudiyyət qoyub.

Amerika diplomatiyasının rəhbəri hesab edir ki, İran tərəfi həmin həftə ərzində törədilən cinayətlərlə bağlı müstəqil istintaq aparmaqdan hələ də imtina edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031