14:00 - Ara Ayvazyan: "Rusiya ilə münasibətləri möhkəmləndirmək əzmindəyik"
13:41 - Fikrət Sadıxova Prezidentin fərdi təqaüdü ayrılıb
13:33 - Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir
13:21 - 2021-2025-ci illər inkişaf strategiyasının hazırlanması üçün 10 alt işçi qrupu yaradılıb
13:09 - Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq
12:30 - Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır - Mehr xəbər agentliyi
12:22 - Avropa çempionatının vaxtı açıqlandı
12:15 - Ermənistanda COVID-19-dan ölənlərin sayı 3 190-a yüksəlib
12:02 - Sabah hava yağmursuz keçəcək
11:56 - Əcnəbi jurnalistlərin Füzuli və Cəbrayıla səfərləri başlayıb
11:47 - Yerevanda istefa tələb edənlər iki sutkadır çadırda gecələyir
11:34 - Bu il ağır COVID-19 xəstələrinin müalicəsi üçün dərman hazırlana bilər
Türkiyə parlamentinin üzvləri Tərtər və Bərdəyə səfər ediblər
Türkiyə Böyük Millət Məclisinin İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Tərtər və Bərdə rayonlarına gəlib.
NAXCİVANXEBERLERİ.COM-un Bərdə rayonunda olan müxbirinin verdiyi məlumata görə, nümayəndə heyəti cəbhə bölgəsində yerləşən Tərtərin mərkəzi küçələrində və Şıxarx qəsəbəsində Ermənistan silahlı qüvvələrinin top, qrad və raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.
Nümayəndə heyətinə məlumat verilib ki, döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb.
Türkiyə Böyük Millət Məclisinin hüquq komitəsinin sədri H.Çavuşoğlu bildirib ki, Ermənistan ərazisindən Tərtər rayonu məqsədli şəkildə ballistik raketlər və artilleriya atəşə tutulub. Nəticədə 3 mindən çox mülki obyektə ziyan deyib. 17 nəfər mülki şəxs ölüb.
Həmçinin bildirilib ki, belə müharibə cinayətlərindən biri də Bərdədə törədilib. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş silahlarla atəşə tutulması nəticəsində 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb. Ümumilikdə Bərdə rayonunda 31 nəfər ölüb".
Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin ailə üzvləri də görüşüblər.