SON DƏQİQƏ

naxcivanxeberleri.com

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş olub (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş olub (FOTO)
15-03-2019, 11:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Spolyariç Eqqerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə BMTİP-in Azərbaycandakı rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti, BMTIP-in Avropa və MDB üzrə regional bürosunda Koordinasiya və Əlaqələndirmə üzrə mütəxəssisi xanım Manal Founani, BMTİP-in Azərbaycan Ofisinin Proqram məsələləri üzrə müşaviri xanım Leyla Fathi, BMTİP-in məşğulluq üzrə baş mütəxəssisi xanım Vesna Dzuteska Bişeva da iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkədə rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sosial müdafiə siyasətində aktiv tədbirlərə üstünlük verildiyini, özünüməşğulluq proqramının genişləndirildiyini qeyd edib.

S.Babayev bildirib ki, milli sosial müdafiə sisteminin inkişafı məqsədilə ötən dövrdə aparılan islahatlarda BMTİP ilə birgə icra olunan layihələr mühüm önəm kəsb edib. Həmçinin nazirliyin BMTİP ilə birgə layihəsi olan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) də dəstək verdiyi və hazırda davam edən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi kimi vacib məqsədə xidmət edir.
Nazir ötən ilin dekabr ayında nazirliklə BMTİP arasında imzalanan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsinin əməkdaşlığın daha bir mühüm istiqamətdə davam etməsinə imkan verdiyini deyib. O qeyd edib ki, layihə əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək vermək məramına xidmət edir. Həmin layihə üzrə hazırlıq işləri aparılır. Bu ilin fevral ayında isə nazirliklə BMTİP və BMT-nin Əhali Fondu arasında “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” layihəsi də imzalanıb. Bütün bunlar ötən dövrdə formalaşmış uğurlu əməkdaşlığın getdikcə daha da geniş miqyas aldığını göstərir.

Xanım M.S.Eqqer BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etməsindən, eyni zamanda, sosial müdafiə, məşğulluq sahəsində birgə işlərin əhatə dairəsinin genişlənməsindən məmnunluq ifadə edib. O, ölkəmizdə sosial sahədə aparılan islahatların, həssas qruplarla bağlı aktiv məşğuluq tədbirlərinin təqdirəlayiq olduğunu və bu sahədə BMT İnkişaf Proqramının qarşıdakı dövrdə də əməkdaşlıq edəcəyini bildirib.

Görüşdə ötən dövrdə icra olunan birgə layihələr çərçivəsində aparılan işlər, imzalanan yeni layihələrlə, əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.(Trend)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş olub (FOTO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş olub (FOTO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş olub (FOTO)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 248
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031