SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib

Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib
14-12-2018, 15:28

Avropa İttifaqı (Aİ) tərəfdaş ölkələrin suverenlik, müstəqillik və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqliyini təsdiq edir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə dekabrın 12-i Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnaməsində deyilir.

Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin beynəlxalq hüquq, norma və prinsiplərə uyğun olaraq nizamlanmasının zərurəti vurğulanır.

Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırır.

Beləliklə, sənəd faktiki olaraq növbəti dəfə Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031