00:30 - Günün qoroskopu
23:30 - Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək
22:49 - Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib
21:24 - İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
20:30 - ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub
20:30 - ABŞ-da daha 68 min nəfər koronaviursa yoluxub
18:45 - Xocavəndin Çiraquz kəndi
17:13 - İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
16:54 - Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır
16:23 - Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
15:28 - Paşinyan Ermənistanda demokratiyanı küçədə müdafiə edəcək
15:06 - Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb
14:14 - KİV: Rusiya helikopteri Suriyada qəzaya uğrayıb, ölən var
14:00 - Sabah hava yağıntılı olacaq, bəzi ərazilərə qar yağacaq
Binəli Yıldırım ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırım noyabrın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyub.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarlarının üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül düzüb.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Binəli Yıldırıma Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Türkiyənin keçmiş Baş Naziri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər çiçəklər qoyub.
Binəli Yıldırım xatirə kitabına ürək sözlərini yazıb.