SON DƏQQƏ

naxcivanxeberleri.com

Bütün ictimaiyyət ölkə Prezidentinin ətrafında sıx birləşib-Anar Məmmədov

Bütün ictimaiyyət ölkə Prezidentinin ətrafında sıx birləşib-Anar Məmmədov
31-10-2020, 11:59

Vətən müharibəsi başlayandan bu günə qədər ölkə başçısı İlham Əliyev dünyanın media nəhənglərinə müsahibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə bağlı mövqeyini açıq şəkildə ortaya qoyur, bununla da münaqişənin mahiyyətindən indiyə qədər məlumatı olmayan milyonlarla insan əsl həqiqətlərlə tanış olur.

Bu gün hər kəs əmindir ki, döyüşlər Azərbaycanın ərazi bütövlüyünə ciddi təminat verilənə qədər davam edəcək. Ali Baş Komandan birmənalı şəkildə ilk gündən bu mövqedə olub. Bütün ictimaiyyət də ölkə Prezidentinin ətrafında sıx birləşib. Lakin bununla yanaşı erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, Azərbaycan tərəfi heç vaxt danışıqlardan imtina etməyib. Ancaq bu danışıq və görüşlər torpaqların işğaldan azad olunmasına yardım etməyib. Əksinə, döyüşlər zamanı məlum oldu ki, həmin torpaqlarda Ermənistan istehkamlar qurub və möhkəmlənib. Bu ərazilərdə, demək olar ki, dinc sakinlər yaşamayıb. Ermənistan işğal altında saxladığı torpaqlar vasitəsilə Azərbaycana təzyiq göstərib və ölkəmizi təhdid edib. İşğal faktı, bütövlükdə, bölgənin təhlükəsizliyinin təhdid mənbəyi olub, işğalçı da özünü Cənubi Qafqazda jandarm və ya kənar qüvvənin güclü aləti rolunda aparıb. O, beynəlxaq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik edib. Xüsusən də Ermənistanın baş nazirinin Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanı təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir. Bütün bunlar isə mənfur düşmənin siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirməsindən xəbər verir.
Əfsuslar olsun ki, bu illər ərzində Minsk qrupunun həmsədrlərinin fəaliyyəti də Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Həmsədrlər faktiki olaraq inhisara götürülərək, açıq şəkildə ermənipərəst mövqe tutublar. Lakin cənab Prezidentin də vurğuladığı kimi, bu gün həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməli, təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.
Artıq Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə biləcəyini həm Ermənistana, həm də onun havadarlarına göstərmiş oldu. Eyni zamanda, ermənilər də anladı ki, Azərbaycan lazım gəlsə, güc yolu ilə torpaqlarımızı azad edəcəyimizi boşuna deməyib. Ona görə də Dağlıq Qarabağın statusu ilə bağlı məsələ artıq fərqli şəkildə çözülməlidir. İndiki şəraitdə reallıq ondan ibarətdir ki, Ermənistan işğal illərində və son müharibə dövründə Azərbaycana həddən artıq ciddi ziyan vurub. Dağlıq Qarabağ ətrafındakı bütün yaşayış məntəqələri darmadağın edilib. İşğaldan azad edilən ərazilərdə yaşamaq üçün normal bina tapmaq belə mümkün deyil. Bu vəhşilikləri isə Ermənistan törədib. Ona görə də artıq Azərbaycanın onlara nədəsə güzəştə getməsi doğru olmaz. Belə bir vəziyyətdə işğalçı dövlətin yalnız 2 seçimi var: Ya təslim olub işğal olunmuş torpaqlarımızdan geri çəkilmək və sülhə nail olmaq, ya da öz məkrli siyasətlərini davam etdirmək və torpaqlarımızdan “İti qovan kimi” qovulmaq!

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30