SON DƏQQƏ

naxcivanxeberleri.com

Ekstremist "Zouaves Paris" qruplaşmasının rəhbəri Dağlıq ​​​​​​​Qarabağa vuruşmağa yola düşüb

Ekstremist "Zouaves Paris" qruplaşmasının rəhbəri Dağlıq ​​​​​​​Qarabağa vuruşmağa yola düşüb
30-10-2020, 23:45

Sağçı "Zouaves Paris" qruplaşmasının lideri Mark de Kakkere-Valmenir özünün "Instagram" səhifəsində bildirib ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Liberasen" xəbər verir.

Mark de Kakkere-Valmenir bu barədə paylaşımında "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini də paylaşıb. Fotoda "İstiqamət: cəbhə" yazılıb. O həmçinin yerli hakimiyyətlə əməkdaşlıq edərək "xarici könüllülər briqadası"nı yaratmaq arzusu barədə də bildirib.

Sağçı qruplaşmanın lideri özünü birbaşa faşist adlandırır, lakin öz qruplaşmasını belə adlandırmır. Onun qruplaşması "Zouaves Paris" sağçı ekstremistlər Parisdə zorakılığın əsas təhrikçisi olan qruplaşmadır.

Onun sözlərinə görə, bu qruplaşma küçələri qorxuda saxlamaq üçündür.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031