SON DƏQQƏ

naxcivanxeberleri.com

Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
30-10-2020, 20:33

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Siyasi, ticari-itqisadi, hərbi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Baş Nazir Əli Əsədov Ermənistan silahlı qüvvələrinin hal-hazırda davam edən təcavüzü ilə bağlı Pakistanın Azərbaycana verdiyi dəstəyə və göstərdiyi qəti mövqeyə görə təşəkkürünü bildirib.

Səfir Bilal Haye Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30