SON DƏQQƏ

naxcivanxeberleri.com

Ramin Quluzadə Pakistan səfiri ilə Ermənistanın son hərbi təxribatlarını müzakirə edib

Ramin Quluzadə Pakistan səfiri ilə Ermənistanın son hərbi təxribatlarını müzakirə edib
30-10-2020, 12:38

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, R.Quluzadə Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.

Görüş zamanı Ramin Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə danışıb. O, həmçinin Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə kasetli bombalarla endirdiyi zərbələr nəticəsində mülki əhali arasında itkilər və mülki infrastruktura dəyən ziyan barədə məlumat verib.

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, Gəncə və Mingəçevir şəhərlərinə, o cümlədən münaqişə zonasından xeyli aralıda yerləşən Xızı və Abşeron rayonlarına ballistik raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 dinc sakin həlak olub, 400 mülki şəxs yaralanıb, 3 mindən artıq mülki infrastruktura ziyan dəyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30