SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın XİN rəhbəri türkiyəli həmkarını təbrik etdi

Azərbaycanın XİN rəhbəri türkiyəli həmkarını təbrik etdi
29-10-2020, 22:58

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, C.Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb və qardaş Türkiyəyə davamlı sülh, əminamanlıq və firəvanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu və bu cinayətlərə görə cavabdeh olan şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi nazirlər tərəfindən vurğulanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Temmuz 2022    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031