SON DƏQQƏ

naxcivanxeberleri.com

Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov

Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov
29-10-2020, 16:42

Oktyabrın 27-28-də Ermənistan silahlı qüvvələrinin Bərdəyə endirdiyi zərbələrin hədəfi dinc Azərbaycan əhalisi olub. Bu zərbələrin təşkilatçılarının hədəfi döyüş əməliyyatları zonasından uzaqda mümkün qədər çox Azərbaycan vətəndaşını məhv etmək idi.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində deyib.

O xatırladıb ki, erməni qoşunları cəbhə xəttindən 30 kilometr məsafədə yerləşən Bərdəyə yenidən raket atəşi açıb:

“Əgər əvvəllər Azərbaycanı cavab addımına vadar etməklə Rusiyanı münaqişəyə cəlb etmək məqsədilə Vardenis şəhərindən ballistik raketlərlə Gəncə şəhəri atəşə tutulurdusa, bu dəfə atəş işğal olunmuş Ağdərə şəhərindən açılıb. Ermənistan qoşunları kaset bombalı 5 “Smerç” raketi buraxıb. Bildiyiniz kimi, kaset bombaları sıx məskunlaşmış şəhər mərkəzinə atılırsa, burada yalnız bir məqsəd var – mümkün qədər çox ölümə yol açmaq”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30