SON DƏQQƏ

naxcivanxeberleri.com

Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkarlar" axtarır

Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkarlar" axtarır
29-10-2020, 16:14

Bir ay ərzində Ermənistanda 6 yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, vəzifəsindən azad olunanların hamsı güc strukturlarında çalışan şəxslərdir. Paşinyan hakimiyyəti azad olunanlarının bəzilərinin adına qalmaqallar yaratmaqla Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərinə bəhanə tapmağa çalışır.

1 ay ərzində Ermənistanda vəzifəsindən azad edilən yüksək rütbəli şəxslər:

- Milli Təhlükəsizlik Xidməti naziri Arqişti Karamyan

- Sərhəd Qoşunları komandanı general-polkovnik Vaginak Sarksyan

- Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin rəisi, general-mayor Ovannes Karumyan

- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Gagik Tevosyan

- Qondarma DQR “Müdafiə Naziri” Cəlal Harutyunyan

- Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan

Qeyd edək ki, son günlər erməni cəmiyyətində Paşinyan hakimiyyətinə təzyiqlər artmaqdadır. Artıq baş nazirinin ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031