SON DƏQQƏ

naxcivanxeberleri.com

Pakistan daim qardaş ölkə Azərbaycanın yanındadır- Səfir

Pakistan daim qardaş ölkə Azərbaycanın yanındadır- Səfir
29-10-2020, 11:11

Döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı cinayətlərin törədilməsində görür.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Pakistanın ölkəmizdəki səfiri Bilal Hayee ilə görüşündə deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın terror və işğalçılıq siyasətinə qarşı haqq mübarizəsi aparan Azərbaycan dövləti hər zaman sülhün və əmin-amanlığın tərəfində olub. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz yanaşan Ermənistan dövləti bu gün də cinayət tərkibli çirkin əməllərindən əl çəkmir. Bugünədək bədxah qonşularımız Gəncə, Bərdə şəhərlərində, bir çox yaşayış məntəqələrində mülki əhaliyə qarşı terror aktları həyata keçirib. Dinc sakinlərə qarşı raket artilleriyası hücumları nəticəsində indiyədək ümumilikdə 92 nəfər qətlə yetirilib, 380-i yaralanıb. Vüsal Hüseynov, həmçinin diqqətə çatdırıb ki, Bərdədə törədilən növbəti terror nəticəsində 21 dinc sakin həlak olub, 70-ə yaxını yaralanıb.

Səfir Bilal Hayee ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Pakistanın daim qardaş ölkə Azərbaycanın yanında olduğunu bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031