SON DƏQQƏ

naxcivanxeberleri.com

Səfir: “Bütün yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır”

Səfir: “Bütün yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır”
29-10-2020, 11:00

“Azərenerji” ASC-də, qurumun prezidenti Baba Rzayevlə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada arasında görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, görüşdə Yaponiya ilə Azərbaycan enerji sistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, həmçinin Yaponiya Dövlət Agentliyi - JICA-nın dəstəyi ilə həyata keçirilən layihələr geniş müzakirə edilib.

O cümlədən Yaşmada özəl investisiya hesabına yeni elektrik stansiyasının tikilməsi layihəsi ətrafında müzakirələr aparılıb.

Səfir bildirib ki, bərpa olunan enerji mənbələri, kiçik su elektrik stansiyalarının tikintisi də Yapon şirkətlərinin maraq dairəsindədir.

B.Rzayev isə qeyd edib ki, Azərbaycan ilə Yaponyanın elektroenergetika sahəsindəki əməkdaşlığı 20 ildən artıqdır uğurla davam edir və Yaponiya bu sahədə etibarlı tərəfdaşdır.

Bunda başqa Qarabağ cəbhəsində baş verənlər, mülki əhalinin atəşə tutulması ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfir bildirib ki, Prezident İlham Əliyevin Yaponiyanın nüfuzlu mətbuat orqanlarından olan “Nikkei” qəzetinə müsahibəsi nəşrin birinci səhifəsində dərc edilib və bütün yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır.

Bununla yanaşı səfir hazırda regionda baş verənlərlə bağlı ətraflı məlumatları hökumətlərinə çatdırdıqlarını da qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031