17:40 - ABŞ-da iki helikopterin toqquşması nəticəsində 9 hərbçi ölüb
17:35 - Fazil Mustafanın partiyası: "Sui-qəsdin siyasi səbəblərlə icra edilməsi şübhə doğurmur"
17:30 - Ukrayna XİN başçısı: "ABŞ bizə dəstəyi dayandırsa, dünya nizamı məhv olacaq"
17:20 - Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
17:10 - Şəhid ailələri və müharibə əlilləri bu il azı 1500 mənzil və ya fərdi evlərlə təmin olunacaq
17:00 - Reyçel Avraam: “Səfirliyin açılması Azərbaycan və İsrail arasında əməkdaşlığı gücləndirəcək”
16:50 - Naxçıvanlı güləşçi mükafatçılar sırasında-FOTO
16:45 - Dini Komitənin sədri: “Biz siyasi məqsəd üçün din amilindən istifadə edənlərlə mübarizə aparmalıyıq”
16:40 - Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”
16:35 - Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaq
16:30 - ANAMA ilə DGK arasında Anlaşma Memorandumu imzalanıb-FOTO
16:25 - Yunanıstanın müdafiə naziri Türkiyəyə səfər edəcək
16:20 - Culfa rayonunda borclularla profilaktiki görüş keçirilib-FOTO
16:15 - Deputat: "İran rejimi din vasitəsilə Azərbaycanda qarşıdurma yaratmağa çalışır"
Prezident: "Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir"
"Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün ən yüksək səviyyədədir".
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 14-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə bildirib.
Dövlət başçısı 2018-ci ilin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından çox məhsuldar il olduğunu deyib. Özünün Türkiyəyə çoxsaylı səfərlərinə və eləcə də Türkiyə Prezidentinin Azərbaycana səfərlərinə toxunan dövlət başçısı bildirib ki, birgə iştirak etdiyimiz layihələrin açılışları, Azərbaycanla Türkiyənin təşkil etdiyi hərbi parad və digər önəmli hadisələr birliyimizi bütün dünyaya nümayiş etdirdi. Birgə həyata keçirilən layihələrdən danışan Prezident İlham Əliyev TANAP, TAP, Bakı-Tbilisi-Qars və eləcə də digər layihələrin dünya üçün böyük əhəmiyyət daşıdığını və ölkələrimizin bütün məsələlərlə bağlı bir-birini dəstəklədiyini deyib. Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman birmənalı şəkildə Azərbaycanın yanında olduğunu və Türkiyənin bu məsələ ilə bağlı verdiyi son açıqlamaları məmnunluq hissi ilə qeyd etib, qardaş ölkənin bu mövqeyinə görə minnətdarlığını bildirib.