SON DƏQQƏ

naxcivanxeberleri.com

ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir

ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
25-10-2020, 14:18

Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror hadisələri bir çox dövlət kimi ABŞ-ı da narahat etməyə bilməz.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin xəbərdarlıqlarından sonra ABŞ hökuməti Azərbaycandakı səfirliyi vasitəsilə vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda səfirlik erməni terroru ilə bağlı bildirir ki, ehtiyatlı və sayıq olmaq, kütlənin çox olduğu yerlərdən yayınmaq lazımdır.

Əlbəttə, Ermənistanın terrorçu keçmişi heç kimə sirr deyil. Sentyabrın 27-dən döyüşlər başladıqdan sonra isə Ermənistanın Azərbaycan şəhərlərinə, xüsusən də Gəncəyə raket zərbələri endirməsi, dinc əhalini hədəf alması bunun sübutudur.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Trend-ə açıqlamasında qeyd edir ki, Ermənistan Gəncədə rusiyalı yeniyetməni qətlə yetirməklə təşkcə Azrəbaycana deyil, bütün bəşəriyyətə qarşı müharibə elan etdiyini göstərdi:

"Bu bir daha göstərir ki, Ermənistan üçün insanlıq, milliyət anlayışı yoxdur və onlar ancaq dinc insanları hədəfə alır.

Bu gün Ermənistanın hərbi-siyasi rəhbərləri hərbi cinayətkar kimi hərəkət edirlər və buna görə də insanlarımız maksimum diqqətli olmalı, rastlaşdıqları şübhəli məqamlarla bağlı dərhal aidiyyəti orqanlara məlumat verməlidirlər.

Xairici dövlətlərin öz vətəndaşlarına erməni terroru ilə bağlı xəbərdarlıq etməsi də, əslində Ermənistanın nə dərəcədə təhlükəli terror dövləti olmasını sübut edir".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031