SON DƏQQƏ

naxcivanxeberleri.com

Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev

Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
25-10-2020, 11:07

Ermənistan kütləvi informasiya vasitələrində Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə məlumat verilir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi şəraitdə Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır. Səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Bu səfər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır:

"İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur.

Bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə, Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir.

Fransa parlament nümayəndə heyətinə Ermənistan baş naziri ilə görüşdə ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü ilə nəticələnən Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərini ballistik və reaktiv raketlərdən atəşə tutmasına görə daşıdığı məsuliyyəti xatırlatmağı tövsiyə edirik".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031