SON DƏQQƏ

naxcivanxeberleri.com

Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub

Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
25-10-2020, 10:07

Uşaqların hərbi münaqişələrə cəlb edilməsi yolverilməzdir və bu faktlarla bağlı BMT-nin Uşaq Fondunun hüquqi rəy verməsi vacibdir. Ermənistan hökumətinin BMT-nin Uşaq Fonduna növbəti hesabatının təqdim edilməsi zamanı bu məsələ öz əksini tapmalıdır.

Bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.

E.Səfərov qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, yaxud onların beynəlxalq və eləcə də beynəlxalq olmayan münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin hərbi cinayət qismində təsnif olunması müəyyən edilib.

E.Səfərov bildirib ki, beynəlxalq Cinayət Məhkəməsinin (Roma) və Cenevrə konvensiyalarının tələblərini pozan Ermənistan hökuməti tərəfindən verilən, insanlığa zidd olan hərbi cinayətləri özündə əks etdirən qərarlara hüquqi qiymət verilməli, onların məsuliyyəti müəyyənləşdiriliməlidir. Bu hərbi cinayətlərə dair məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyin, Baş Prokurorluğun, Ombudsmanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatları, müraciətləri və digər sənədləri beynəlxalq təşkilatlara təqdim edilib:

"Ermənistan silahlı qüvvələrindən kənar ayrıca kriminal qrupların Dağlıq Qarabağa cəlb edilməsi faktı da Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayonlarının BMT-nin Təşhlükəsizlik Şurasının 822, 853, 874, 884 qətnamələrinə əsasən erməni silahlı qüvvələri tərəfindən boşaldılması qərarı verilmişdi. Bu günlərdə isə bizim şanlı ordumuz bu qərarları icra edir. Həmin ərazi hüquqi çərçivədə Azərbaycan Respublikasının yurisdiksiyasına aiddir. Deməli, həmin ərazidə yaşayan insanlar da Azərbaycanın yurisdiksiyasına daxildir. Beləliklə, Ermənistan hökumətinin nümayəndələri Dağlıq Qarabağ ərazisində yaşayan yetkinlik yaşına çatmayan şəxsləri ordu sıralarına məcburi cəlb edərək Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsinə əsasən məsuliyyətə cəlb edilməlidir".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30