SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub
17-10-2020, 23:57

2020-ci ilin 17 oktyabr tarixində Azərbaycan Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutdu.

XİN-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov rusiyalı həmkarına Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən Nazir, bu müharibə cinayətinin məsuliyyətinin Ermənistan rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

Xarici İşlər naziri Sergey Lavrov hansı şəraitdə olursa olsun mülki şəxslərin tələfatının qəbuledilməz olduğunu bildirib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baza prinsipləri əsasında mahiyyət üzrə danışıqlara başlanılmasının zəruriliyi qeyd olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031