SON DƏQQƏ

naxcivanxeberleri.com

Gəncədə müvəqqəti operativ qərargah yaradılıb

Gəncədə müvəqqəti operativ qərargah yaradılıb
17-10-2020, 11:49

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində baş vermiş hadisə ilə bağlı Gəncə şəhərində müvəqqəti operativ qərargah yaradılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə hadisə yerində olan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, qərargahın yaradılmasında məqsəd Gəncədə baş verən terror nəticəsində evsiz qalan ailələrin müvəqqəti sığınacaqla təmin edilməsidir.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031