SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”

Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”
14-10-2020, 13:08

“Ermənistanın humanitar atəşkəsə “sadiq qalması” tam riyakarlığın təzahürüdür”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

“Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər - erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır”, - o yazıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir. Bir mülki şəxs ölüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031