21:30 - Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi çempion olub
20:56 - Monitorinqlər davam etdirilir
20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
Ceyhun Bayramov və Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri ilə telefon danışığı olub
12 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri İvan Korçok ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, xarici işlər naziri İvan Korçok bölgədəki gərginlikdən ciddi narahatlığını ifadə etdi və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov, həmkarına 27 sentyabr 2020-ci il tarixində cəbhə xətti boyunca Ermənistan tərəfindən həyata keçirilmiş növbəti genişmiqyaslı hərbi təxribat və Ermənistanın hərbi təcavüzünü dəf etmək və əhalinin sıx yerləşdiyi mülki yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan silahlı qüvvlərinin hücumlara qarşı əks həmlə əməliyyatı barədə məlumat verdi. Nazir Ceyhun Bayramov, 10 oktyabr 2020-ci il tarixində humanitar atəşkəs elan olunduqdan sonra da Ermənistanın qəsdən Azərbaycan mülki əhalisini və mülki obyektlərini atəşə tutmağa davam etdiyini qeyd etdi. Naftalan, Şəmkir, Mingəçevir və Gəncə də daxil olmaqla cəbhə bölgəsindən çox uzaqda yerləşən Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalması haqqında məlumat verib.
Nazir Ceyhun Bayramov regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.