00:05 - Günün qoroskopu-08.08.2022
23:41 - ABŞ azərbaycanlı gənclərə diplomatik təcrübə keçəcək
22:30 - Ermənistan ordusunun hərbçiləri ölüb
21:30 - Ərdoğan yerli “Togg” elektrik avtomobilini sınaqdan keçirib
18:30 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
18:10 - Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb
18:00 - Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub
17:57 - İsrail Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparır
16:57 - Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
15:23 - Antalyada zəlzələ olub
14:30 - Əfqanıstanın paytaxtında partlayış baş verib
12:50 - Sabah yağış yağacaq, külək əsəcək
11:48 - Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
09:47 - Musiqi, incəsənət, rəssamlıq, muğam məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək
Ermənistanın Ağdama atdığı mərmi nəticəsində FHN əməkdaşı xəsarət alıb
Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
NAXCİVANXEBERLERİ.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib. Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alan əməkdaşın vəziyyəti hazırda qənaətbəxşdir.
Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.