SON DƏQQƏ

naxcivanxeberleri.com

Mustafa Şentop: Türkiyə var qüvvəsi ilə Azərbaycanın yanındadır

Mustafa Şentop: Türkiyə var qüvvəsi ilə Azərbaycanın yanındadır
28-09-2020, 19:43

Bütün dünya, əsasən də Ermənistanın terrorçuluq siyasətinə ortaq olanlar bilməlidirlər ki, Azərbaycan Türkiyə üçün təkcə dost ölkə, yaxın bir istiqamət deyil, eyni zamanda, könül və tale məkanıdır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın Azərbaycana qarşı son təxribatları nəticəsindən gərginləşən vəziyyətə münasibət bildirərkən ifadə edib.

Türkiyə parlamentinin sədri deyib: “Türkiyə hər zaman bütün maddi, mənəvi qüvvəsi ilə Azərbaycanın yanındadır. Bir anlıq tərəddüd etmədən hər zaman qardaş ölkənin yanında olmağa davam edəcəyik”.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop dünənki açıqlamasında Ermənistanı terrorçu dövlət olduğunu bəyan edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031