SON DƏQQƏ

naxcivanxeberleri.com

Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir

Piter Teys: Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir
28-09-2020, 14:34

Dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Ermənistan qoşunlarının Azərbaycanın dinc əhalisinə qarşı irimiqyaslı hərbi əməliyyatları beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir:

“Ermənistanın bu cür əməlləri fonunda beynəlxalq ictimaiyyət, xüsusilə də Avropa dövlətləri və ATƏT Minsk qrupunun həmsədrləri susqunluğunu saxlayır, bu isə daha çox çaşqınlıq yaradır”.

Ekspert qeyd edib ki, Ermənistanın törətdiyi ciddi hərbi təxribatlar, o cümlədən irikalibrli silahlardan və minaatanlardan istifadə dərhal ABŞ Dövlət Departamenti tərəfindən pislənməli, dövlət katibi Mayk Pompeo isə yaxın günlərdə Bakıya rəsmi səfər planlaşdırmalıdır:

“Günahsız Azərbaycan vətəndaşlarının öldürülməsi həm də ATƏT-in hazırkı sədri və Albaniyanın baş naziri Edi Rama tərəfindən də mühakimə olunmalıdır. Faktiki olaraq dialoqun vaxtı bitib, Ermənistan beynəlxalq mühakiməyə layiqdir. Erməni liderlər bəşəriyyətə qarşı cinayətlərə, Azərbaycanın suveren ərazisində ekoloji ehtiyatların məhv edilməsinə görə məhkəmə qarşısına çıxmalıdır. Ermənistan çoxsaylı mədəni və dini abidələrin məhv edilməsinə görə məsuliyyət daşıyır. Edi Rama təşəbbüs göstərməli və Ermənistanın Azərbaycanın suveren ərazilərində mülki obyektlərə hücumunu qətiyyətlə pisləməlidir. Edi Rama Ermənistanın son otuz ildə diqqətə almadığı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra etməsini təmin etməlidir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031