SON DƏQQƏ

naxcivanxeberleri.com

XİN başçısı: “Gürcüstan-Azərbaycan əməkdaşlığı bölgədə sabitliyə xidmət edir”

XİN başçısı: “Gürcüstan-Azərbaycan əməkdaşlığı bölgədə sabitliyə xidmət edir”
24-09-2020, 12:45

“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq ildən-ilə genişlənir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı əməkdaşlıq bölgədə və bölgədən kənarda sabitliyin təmin olunmasına xidmət edir. “Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT-nin Baş Assambleyasında Azərbaycanın Gürcüstanın təşəbbüskarı olduğu qətnaməni dəstəkləməsini yüksək qiymətləndiririk”.

D.Zalkaliani azərbaycanlı həmkarının onu Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə məlumatlandırdığını qeyd edib: “Gürcüstan münaqişənin beynəlxalq ictimaiyyətin dəstəyi ilə həllinin tərəfdarıdır”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031