SON DƏQQƏ

naxcivanxeberleri.com

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək
18-09-2020, 14:30

Beynəlxalq Enerji Xartiyası və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın sədrliyi ilə “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Forum 28 oktyabr 2020-ci il tarixində saat 9:00-dan 13:00-dək onlayn formatda təşkil olunacaq.

Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək. Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər.

Forumda iştirak dəvət əsasında həyata keçirilir. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031