SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək

Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək
16-09-2020, 15:39

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 75-ci sessiyasında ümumi müzakirələrdəki çıxışı sentyabrın 24-nə planlaşdırılıb.

NAXCİVANXEBERLERİ.COM bu barədə  BMT-nin Mətbuat xidmətinə istinadən xəbər verir.

Sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 75-ci, yubiley sessiyası başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək.

Ənənəvi Yüksək Səviyyəli Həftənin formatı bu dəfə dəyişdiriləcək: ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərə biləcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər olacaq.

Ənənəvi olaraq debatları Braziliya açır, ardından BMT qərargahının ərazisində yerləşdiyi ölkə kimi ABŞ çıxış edir.

Dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq, bir-birinin ardınca konfrans zalında yayımlanacaq. İlkin siyahıya əsasən, ümumi debatların ilk günündə - sentyabrın 22-də ABŞ, Çin, Fransa, Rusiya, İran və s. ölkələrin liderləri çıxış edəcəklər.

Azərbaycan Prezidentinin çıxışı isə sentyabrın 24-də yayımlanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930