SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyə Prezident Administrasiyası: Azərbaycan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər

Türkiyə Prezident Administrasiyası: Azərbaycan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər
15-09-2020, 13:38

Azərbaycan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, iki qardaş ölkəni tarixi, mədəni və qohumluq əlaqələri bağlayır:

“Bakının azad edilməsi günü kimi qeyd edilən 15 sentyabr tarixi təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün əlamətdar tarixdir”.

Administrasiyadan bildiriblər ki, Azərbaycanda olduğu kimi, Türkiyədə də Bakının azad edilməsi zamanı həlak olmuş qəhrəmanların xatirəsi anılır və bu əlamətdar gün heç vaxt unudulmayacaq:

“Türkiyə Azərbaycanla ildən-ilə genişlənən və möhkəmlənən münasibətlərə böyük dəyər verir”.

Həmçinin qeyd olunub ki, çoxillik dostluq və əməkdaşlıq ərzində Bakı və Ankara bütün dünyaya həmin münasibətlərin kiməsə qarşı yönəlmədiyini nümayiş etdirib:

“Ankara və Bakının sıx münasibətlərində region yalnız fayda görür”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930