23:41 - Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb
22:53 - Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı
22:17 - Azərbaycan-Türkiyə media platformasının əhatə dairəsi məlum oldu
22:08 - Ata və oğulun barıt qoxulu xatirələri... (Oçerk)
21:46 - Sovetlər birliyinin dağıldığı ilk yer: Naxçıvan
21:34 - Azərbaycanla Türkiyə televiziya və kino sahəsində ortaq tədbirlər keçirəcək
21:25 - Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava
21:11 - ABŞ Konqresinə giriş-çıxış məhdudlaşdırılıb
20:47 - Yeni türk və qırğız kanalları “Azerspace-1” peyki üzərindən yayıma başladı
19:56 - Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib-FOTO
19:33 - Məktəblilər arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
19:05 - “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
18:45 - Kəlbəcərin Alolar kəndi-FOTO
18:35 - Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
Prezident İlham Əliyev: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür
Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlət başçısı deyib:
"Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.
Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.