SON DƏQQƏ

naxcivanxeberleri.com

Baş Nazir 48 dövlət qurumuna tapşırıq verib

Baş Nazir 48 dövlət qurumuna tapşırıq verib
13-08-2020, 14:00

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov 48 mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, həmçinin dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.  

Sənəddə dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.

Məktubda qeyd olunub ki, həmin dövlət orqanlarında işə cəlb edilən işçilərin sayı ən çoxu 50 faizə qədər (əvvəl bu 20 faiz idi) müəyyən edilməlidir.

Bundan başqa, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilər işə cəlb edilməməlidir. 

Eyni zamanda həmin dövlət orqanlarında əməkdaşlar həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməlidir.

Bu tapşırıqlar 10 avqust tarixindən 31 avqust tarixinədək 48 mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin dövlət qurumlarında tətbiq edilməlidir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930