SON DƏQQƏ

naxcivanxeberleri.com

İranla enerji əməkdaşlığının perspektivləri müzakirə edilib

İranla enerji əməkdaşlığının perspektivləri müzakirə edilib
13-08-2020, 13:30

Energetika naziri Pərviz Şahbazovla İranın Energetika naziri Rza Ərdakanian arasında videoformatda görüş keçirilib.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə elektroenergetika sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov  elektroenergetika sahəsində hazırda İranla birgə həyata keçirilən layihələr üzrə görülən işlər və növbəti icra prosesləri ilə bağlı    mövqeyini diqqətə çatdırıb,  “Azərenerji” ASC ilə İranın “Tavanir” şirkəti arasında imzalanmış “Elektrik enerjisinin alqı-satqı müqaviləsi”nin müddətinin 2020-ci ilədək uzadılmasını bu sahədə əməkdaşlığı dəstəkləyən  addım kimi qiymətləndirib.

Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları, eləcə də “Ordubad” Su Elektrik Stansiyası layihələrinin icra vəziyyəti müzakirə edilib. Bu layihələr üzrə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, müvafiq Texniki Komissiyaların iclaslarının yaxın vaxtlarda keçirilməsi qərara alınıb.

İranla sərhəd ərazidə elektrik enerjisi stansiyanın tikintisi layihəsi ilə bağlı da müzakirələr aparılıb.

Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılmasının hər iki ölkə üçün əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın Konsaltinq və Mühəndislik şirkəti tərəfindən hazırlanmasına dair hər üç ölkənin müvafiq razılıqları əldə edilib. 

Görüşdə, həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi  əməkdaşlığının perspektivlərinə də toxunulub. Bütün məsələlər üzrə təmasların intensiv səkildə  davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930