SON DƏQQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir

Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
12-08-2020, 12:51

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın qədim tarixi var. Birgə hərbi təlimlər iki dövlət arasında imzalanmış hərbi sazişə əsasən həyata keçirilir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə səfəri çərçivəsində "CNN Türk" kanalına müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, təlimlər mütəmadi olaraq həyata keçirilir və hazırda Azərbaycan ərazisində keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri də bu qəbildəndir: "Onu da qeyd etmək çox vacibdir ki, Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıq nəinki iki ölkənin, eyni zamanda regionun inkişafına, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, hərbi əməkdaşlıq da bu yöndə dəyərləndirilməlidir".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930