SON DƏQİQƏ

naxcivanxeberleri.com

Xarici İşlər naziri Fələstin Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb

Xarici İşlər naziri Fələstin Dövlətinin Azərbaycandakı səfiri ilə görüşüb
27-07-2020, 18:12

Xarici İşlər Naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı ölkəmizdəki diplomatik korpusun duayeni qismində qəbul edib.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan və Fələstin Dövləti arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. İki tərəf arasında bugünədək həyata keçirilən qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Hər iki tərəfin beynəlxalq müstəvidə nümayiş etdirdiyi qarşılıqlı dəstək Nazir tərəfindən vurğulanıb.

Səfir Nasir Əbdülkərim Əbdürrəhman səmimi qəbula görə təşəkkürünü ifadə edərək Fələstin Dövlətinin Xarici İşlər Nazirinin Ceyhun Bayramovun təyinatı münasibətilə təbrik etdiyini və Nazirə Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə təmin olunması naminə fəaliyyətində uğurlar arzuladığını qeyd etdi.

Səfir Azərbaycandakı diplomatik korpusun fəaliyyətində Xarici İşlər Nazirliyinin hər zaman əməkdaşlıq və əlaqələndirmə nümayiş etdirdiyini məmnunluqla qeyd etdi.

İkitərəfli münasibətlərə toxunan səfir, iki xalq arasında qardaşlıq bağları olduğunu, ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə dayandığını qeyd edib. Səfir, Fələstinin Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsi mövqeyindən çıxış etdiyini bildirdi. Həmçinin, Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdi.

Daha sonra Səfir, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribatı nəticəsində həlak olmuş şəhidlərin ailələrinə başsağlığı verdi.

Öz növbəsində, Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribat və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırdı. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığını, əksinə özünün təcavüzkar mahiyyətini bir daha nümayiş etdirdiyini və beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə növbəti dəfə üzləşdiyi vurğuladı. Bölgədəki gərginliyin kökündə məhz Ermənistan Respublikasının təcavüzkar siyasəti olduğunu qeyd edən Nazir, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinin aradan qaldırılmasının zəruriliyini və münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqların da məhz bu məqsədə qulluq etməli olduğunu bildirdi. Azərbaycanın mahiyyət üzrə aparılan və nəticəyə yönəlik danışıqları tələb etdiyini və danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak edilmədiyi nazir Ceyhun Bayramov tərəfindən vurğulandı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031