SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib
27-07-2020, 17:51

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərsinin Mut bölgəsində əsgərləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: “Mərsinin Mut bölgəsində əsgərləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumat məni dərindən kədərləndirir.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Allah rəhmət eləsin”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031