SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ceyhun Bayramov ukraynalı həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov ukraynalı həmkarı ilə telefonla danışıb
17-07-2020, 19:09

Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Ukrayna Xarici işlər naziri Dmitro Kuleba Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edib və münasibətlərin bundan sonra da inkişafı etdiriləcəyini əminliklə vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna XİN-i tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə həmkarına təşəkkürünü bildirib.

Nazir Dmitro Kuleba Ukraynanın bu məsələdə mövqeyinin dəyişilməz olduğunu bir daha ifadə edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031