00:05 - Günün qoroskopu-12.08.2022
23:30 - Gömürdə bir gün: gördüklərim, etiraf etməyə borclu olduğum hisslər...
22:23 - Kopenhagendə Ukrayna üçün 1,5 milyard avrodan çox vəsait toplanıb
21:26 - Çavuşoğlu: “Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz”
20:41 - Türkiyə, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı görüş avqustun 26-da keçiriləcək
19:50 - Naxçıvanda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub
19:09 - Avropada təbii qazın qiyməti artıb
18:48 - Ukrayna Prezident Ofisi müharibənin başa çatmasının şərtini açıqlayıb
18:30 - Çexiya çempionunun oyunu "Qarabağ"a görə təxirə salınıb
17:41 - DSX-nin yeni xüsusi təyinatlıları and içib
17:05 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:00 - Azərbaycanda son sutkada 488 nəfər koronavirusa yoluxub
16:44 - Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir - VİDEO
16:28 - Oktyabrda Azərbaycanda Türk Dövlətləri Təşkilatının dini liderlərinin görüşü keçiriləcək
16:09 - Məktəbəhazırlıq qrupları üzrə tətil günləri açıqlanıb
Türkiyə və Azərbaycanın XİN rəhbərlərinin telefon danışığı olub
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Türkiyənin Xarici İşlər nazirinin mətbuat katibi Hami Aksoy bildirib.
O qeyd edib ki, Ceyhun Bayramova zəng edən Mövlud Çavuşoğlu onu Azərbaycanın Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar diləyib.
Telefon danışığında iki ölkə arasındakı mövcud münasibətlərin daha da möhkəmləndirilməsi və bir millət iki dövlət prinsipi ilə davam etdirilməsi vurğulanıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.
Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb.
REPORT