SON DƏQİQƏ

naxcivanxeberleri.com

MN: Azərbaycan Ordusunun erməni kəndlərini toplardan atəşə tutması barədə məlumatlar yalandır

MN: Azərbaycan Ordusunun erməni kəndlərini toplardan atəşə tutması barədə məlumatlar yalandır
16-07-2020, 13:49

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, V.Dərgahlı  deyib ki, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır.

"Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb", - nazirlik rəsmisi vurğulayıb. 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031