SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Ordusunun şəhid olan zabiti Anar Novruzov Masallıda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan zabiti Anar Novruzov Masallıda dəfn edilib
14-07-2020, 22:56

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun mayoru Anar Novruzov qəhrəmancasına şəhid olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, şəhidin nəşi doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətirilib. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.

Ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Ərkivan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 44 yaşı olan Anar Novruzov ailəli idi, bir qız, bir oğlan övladı yadigar qaldı.

Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı övladına təhvil verilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31