SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türk Şurası Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı

Türk Şurası Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı
14-07-2020, 21:55

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll edilməlidir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bəyanat Türk Şurasının rəsmi saytında dərc edilib.

“Türk Şurasının baş katibi Bağdad Amreyev dərin narahatlığını bildirib və sıx əhaliyə malik sərhədyanı Tovuz rayonunun artilleriya atəşinə tutulmasını və beləliklə, bölgədə gərginliyin artmasını qətiyyətlə pisləyib. Baş katib ölənlərin ailələrinə, həmçinin Azərbaycan xalqı və hökumətinə başsağlığı verir, yaralılara isə şəfa diləyir. Baş katib tərəfləri dərhal döyüş əməliyyatlarını dayandırmağa, vəziyyətin deeskalasiyasına, həmçinin onları münaqişənin beynəlxalq səviyyədə qəbul edilmiş prinsip və normalar, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələr əsasında sülh həllinin yollarını axtarmağa çağırıb”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31