SON DƏQİQƏ

naxcivanxeberleri.com

İƏT PA Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib

İƏT PA Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan bəyanat verib
14-07-2020, 15:36

İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Baş katibi Muhammed Xurayçi Niyas Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatına dair bəyanatla çıxış edib.

NAXCİVANXEBERLERİ.COM-a xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, Ermənistan ordusu tərəfindən edilən hücumdan dərin narahatlığını ifadə edən Baş katibin bəyanatında deyilir ki, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya dəstəyi ilə həyata keçirdiyi hücumun nəticəsində Azərbaycan Respublikasının ərazisində 2 nəfərin ölümünə və 5 nəfərin yaralanmasına səbəb olmuşdur.

İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas tərəfindən verilən bəyanatda Ermənistan Respublikasının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan Respublikasına qarşı təcavüzü pislənilir, bir daha bu hücumdan və Azərbaycan ərazilərinin böyük bir hissəsinin işğalının əbədiləşdirilməsindən dərin narahatlıq ifadə olunur.

Baş katibin bəyanatında, həmçinin vurğulanır ki, Muhammed Xurayçi Niyas İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2020-ci ilin yanvar ayında Burkina Fasoda keçirilən 15-ci Konfransından başqa digər konfransların qətnamə və qərarlarına əsasən, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 ( 1993) və 884 (1993) saylı qətnamələrinə əsasən, erməni qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz və tamamilə çıxarmağa çağırır və Ermənistanın onlara tabe olmağa məcbur edilməsi üçün bu Qərar və Qətnamələrin ciddi şəkildə yerinə yetirilməsini tələb edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31