SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır

Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır
14-07-2020, 14:20

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkiləri olan düşmən geri çəkilməyə məcbur edilib. NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, Ermənistan tərəfi Azərbaycanın yaşayış ərazilərini atəşdə saxlamağa çalışır.

O, qeyd edib ki, əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır.

V.Dərgahlı bildirib ki, xalqımız əmin olmalıdır ki, Azərbaycan Ordusu Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31