SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Aİ rəsmisini bölgədəki gərginlik barədə məlumatlandırıb

Elmar Məmmədyarov Aİ rəsmisini bölgədəki gərginlik barədə məlumatlandırıb
13-07-2020, 23:44

Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, bu hərbi təxribatın qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə Aİ rəsmisini məlumatlandırıb.

Ermənistanın bu təcavüz aktının münaqişənin həlli üzrə danışıqların mahiyyətini ciddi şübhə altına aldığı və məhz Ermənistanın və onun təcavüzkar siyasətinin bölgədə sülh və təhlükəsizliyə əsas təhlükə mənbəyi olduğunu, o cümlədən bölgədəki böyük geo-strateji layihələrə təhlükə törətmək ehtimalının olduğunu qeyd edib.

C.Borel Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünün iki ölkə sərhədində baş vermiş insident ilə bağlı bəyanat ilə çıxış etdiyini qeyd edib. O, Aİ-nin bölgədə gərginliyin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin tərəfdarı olduğunu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini və münaqişənin həlli üzrə substantiv danışıqların aparılması mövqeyindən çıxış etdiyini bildirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31