SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müdafiə Nazirliyi: Azərbaycanın heç bir ərazi itkisi yoxdur

Müdafiə Nazirliyi: Azərbaycanın heç bir ərazi itkisi yoxdur
13-07-2020, 14:11

“İyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, komandanlıq tərəfindən qərar qəbul edilib və düşmənin fəaliyyətinin qarşısının alınması məqsədi ilə adekvat cavab tədbirləri görülüb: “Düşmən tərəfi təxribatının davamını gətirmək məqsədi ilə mövqelərimizə hücum etməyə cəhdi göstərib. Amma həmin hücumun da qarşısı alınıb. Heç bir ərazi itkisi yoxdur, mövqelərimiz əvvəlki qaydada dayanır və Azərbaycan Ordusunun bölmələri hazırda əvvəllər durduqaları mövqedədirlər və düşmənə qarşı cəza tədbirləri həyata keçirirlər”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31