SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarovun həmsədrlərlə telefon söhbəti olub

Elmar Məmmədyarovun həmsədrlərlə telefon söhbəti olub
13-07-2020, 13:11

Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri baş tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir Elmar Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib. E.Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31