20:20 - Naxçıvan Dövlət Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib
19:46 - Türkiyənin xarici ticarət dövriyyəsi 248 milyard dolları ötüb
18:47 - Ərdoğan Putin və Zelenski ilə telefonla danışacaq
18:02 - Aşıq Ələsgərin heykəlinin hazırlanması üçün müsabiqə başa çatıb
17:35 - Vladimir Solovyov: “Öz adımdan Azərbaycandan üzr istəyirəm”
17:17 - Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır
17:02 - Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb-FOTO
16:45 - Qazlı içkilərin insan orqanizminə təsiri
16:12 - Dəniz nəqliyyatı işçiləri təltif edilib - SİYAHI, SƏRƏNCAM
16:07 - “Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib
15:56 - Hacı Əliyev Naxçıvanda güləşçilərə seminar keçib-FOTO
15:35 - İlham Əliyev Özbəkistan Senatının sədrini qəbul edib-FOTO, YENİLƏNİB
Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir
İşğalçı Ermənistanın Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qeyri-qanuni rejimin qondarma “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar və ilhaqçı siyasətinin növbəti bariz nümunəsidir. Ermənistan rəhbərliyinin bu kimi addımları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma və coğrafi adların dəyişdirilməsi də daxil olmaqla həyata keçirilən qeyri-qanuni fəaliyyət işğalın möhkəmləndirilməsinə xidmət edir.
Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi ilə görüşərək, münaqişə məsələsini müzakirə etməsi ilə bağlı sualı şərh edərkən bildirib.
Leyla Abdullayeva deyib: “Əlaltı rejimlə görüş keçirməklə bu qondarma qurumu sanki münaqişə tərəfi kimi qələmə verməyə çalışan Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur. Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir. Danışıqların formatına gəldikdə isə, 1992-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların tərəfləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandır. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa ediləcək və torpaqlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə geri dönüşü təmin olunacaq”.
Xatırladırıq ki, Minsk Qrupu həmsədrlərinin münaqişənin mərhələli həllinə əsaslanan təkliflərinin mahiyyətini məhz Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması təşkil edir.