SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib
18-06-2020, 11:45

İyunun 17-də Ukrayna və Azərbaycan Respublikasının Xarici işlər nazirlərinin müavinləri Vasıl Bodnar və Xələf Xələfov səviyyəsində video-konfrans formatında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. 

Bu barədə mətbuata Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

V.Bodnar koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılması üçün Azərbaycan tərəfindən Ukraynaya çatdırılmış humanitar yardıma görə həmkarına təşəkkür edib. Tərəflər COVID-19-la mübarizə məsələsində gələcək səylərin birləşdirilməsi barədə razılaşıblar.

Məsləhətləşmələr zamanı əsas diqqət siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat, mədəni-humanitar, hərbi-texniki sahələrdə Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivli istiqamətlərinə yönəlib.

Bundan əlavə, beynəlxalq və regional təşkilatlar, xüsusilə də, Avropa Şurası, BMT, ATƏT, QDİƏT və GUAM çərçivəsində ikitərəfli əməkdaşlığın gələcək addımlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin, hər iki dövlətin ərazi bütövlüyünün dəstəklənməsinə dair geniş məsələlər spektri və işğal edilmiş ərazilərə dair siyasətin ayrı-ayrı aspektləri müzakirə edilib.

Tərəflər gələcək əməkdaşlıq alqoritminin, o cümlədən idarələrarası səviyyədə uzlaşdırılmasına diqqət yetiriblər və müvafiq karantin məhdudiyyətləri bitdikdən sonra yüksək səviyyəli qarşılıqlı ikitərəfli səfərlərin bərpası məsələsini müzakirə ediblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930