SON DƏQQƏ

naxcivanxeberleri.com

Dövlətçiliyimizin və müstəqilliyimizin xilası Milli Qurtuluş Günündən başlayır

Dövlətçiliyimizin və müstəqilliyimizin xilası Milli Qurtuluş Günündən başlayır
15-06-2020, 02:00

Hər bir xalq öz müstəqillik arzusunu, istiqbal duyğusunu həmişə ürəyində yaşadıb, haçansa onun gerçəkləşməsi, reallaşması üçün əlverişli məqamı gözləyib. Azərbaycan xalqına belə bir tarixi məqam 1991-ci ildə – sovet imperiyası dağılan zaman nəsib oldu. Lakin ötən əsrin 90-cı illəri Azərbaycan xalqı və onun dövlətçiliyi üçün əsl sınaq dövrü oldu. Həmin vaxt ölkədə cərəyan edən hadisələr, vətəndaş mü- haribəsi, xaos, torpaqlarımızın işğalı fonundakı anarxiya göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etmək qədər çətin və məsuliyyətli bir işdir. Ölkəyə rəhbərlik edənlər isə respublikanı milli fəlakətə sü- rükləyirdilər. Xalqımız öz nicatını liderlik xüsusiyyətlərini daşıyan şəxsiyyətdə, milli liderdə görürdü. Bu tarixi şəxsiyyət Azərbaycanı öz varlığı qədər sevən Heydər Əliyev idi.

Əslində bunu ovaxtkı ittifaq və respublika rəhbərliyi də aydın dərk edirdi. Odur ki, görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Heydər Əliyevi təqib edir, xalqın onun ətrafında birləşəcəyindən qorxur, Azərbaycana qayıdıb yenidən siyasi fəaliyyətlə məşğul olmasına əngəllər törədirdilər. Ulu öndər Moskvada olarkən 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə milli iradə, qətiyyətli və prinsipial mövqe, həqiqi vətənpərvərlik nümayiş etdirmişdir. Bu kəskin bəyanatdan sonra milli liderimizin Moskvada yaşaması mümkün olmadı. O, 1990-cı il iyulun 20-də Bakıya gəldi. Lakin burada – vaxtilə qurubyaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra, iyulun 22-də doğma Naxçıvana qayıtmış və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir. Onda Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan və dincliyi əlindən alınan Naxçıvan Muxtar Respublikası sonralar ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “taleyin ümidinə buraxılmış bir ada”nı xatırladırdı. Muxtar respublika tam blokadaya alınandan sonra burada iqtisadi və siyasi böhran daha da dərinləşmişdi. Naxçıvana gəlişi barədə ulu öndərimiz sonralar belə deyirdi: “Moskvada məni təqib edirdilər, hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilməsə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı. Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş”. Ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıdışı elə vaxta təsadüf etmişdi ki, bu zaman Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ərəfəsi idi və dahi şəxsiyyətin 340 saylı Nehrəm seçki dairəsi üzrə Azərbaycan SSR Xalq Deputatlığına namizədliyi irəli sürüldü.1990-cı ilin iyul ayının 25-də Heydər Əliyev seçki komissiyasının sədrinə və Nehrəm zəhmətkeşlərinə göndərdiyi məktubunda həmin dairədən deputatlığa namizədliyinə razılıq verdiyini qeyd etmişdi. Nehrəm seçki dairəsi seçiciləri ilə görüşdə Heydər Əliyev öz platforması haqqında məlumat verərək demişdir: “Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir. Azərbaycanın milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır. Bütün bu vəzifələri həyata keçirmək üçün isə ancaq və ancaq birlik, yekdillik lazımdır”. 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoymuşdur. Ümummilli liderimizin muxtar respublikamızda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illər təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda mühüm rol oynamışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın azadlıq məfkurəsinin real lığa çevrilməsi üçün ulu öndərin rəhbərliyi altında tarixi qərarlar qəbul etmişdir. Sovet İttifaqının saxlanılması üçün qanunsuz referendum muxtar respublikada keçirilməmiş, Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə ümummilli liderin sədrliyi ilə Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmışdır. Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi, burada çoxşaxəli iqtisadi islahatların aparılması dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu. Həmin dövrdə Azərbaycan 1991- ci ildə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkədə vətəndaş müharibəsi başlamışdı. 1993- cü il iyunun 4-də Gəncədə qarşıdurma yaşanmış, qardaş qanı tökülmüşdü. Gəncədə baş verən hadisələrə də ilk dəfə iyunun 5-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi münasibət bildirmişdi. Azərbaycan real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi. Bu ərəfədə respublikada gedən prosesləri və baş verə biləcək təhlükəni qabaqcadan görən və dərk edən “91- lər” “Səs”qəzetində “Azərbaycan sizin sözünüzü gözləyir” adlı tarixi müraciətlə çıxış etdilər. Bu fenomen şəxsiyyətin Naxçıvandakı siyasi fəaliyyətini görən və qiymətləndirən Azərbaycan xalqı Onu ölkəmizə rəhbərlik etməyə, respublikanı düşdüyü ağır vəziyyətdən xilas etməyə dəvət etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən ulu öndər 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtmışdır. Bununla da, ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir. 1993-2003-cü illərdə Azərbaycanı dünyaya tanıdan, güclü iqtisadi potensial və ordu formalaşdıran müdrik rəhbərin uzaqgörən siyasəti nəticəsində ölkədəki özbaşınalıq, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə, hüquqi- demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu. Görkəmli dövlət xadiminin tarixi xidmətləri sayəsində Azərbaycanda iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Hər bir sahədə islahatlar həyata keçirilməyə başladı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin Ali Qanunvericilik Orqanına və yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi. Görkəmli dövlət xadimi, türk dünyasının nadir tarixi şəxsiyyətlərindən biri olan ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkəmiz qədim ipək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Azərbaycan iqtisadiyyatının bütün sahələrində tərəqqi, dirçəliş və inkişaf baş verdi. 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Ötən dövrün təhlili bir daha təsdiqləyir ki, Azərbaycanın inkişafında 15 İyun Milli Qurtuluş Günündən başlanan yeni mərhələnin alternativi yoxdur. Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ulu öndər tərəfindən dövlətçiliyimizin və müstəqilliyimizin əsaslarının işlənil hazırlandığı qədim Naxçıvan torpağı da Milli Qurtuluşdan güc alaraq sürətli inkişaf yoluna qədəm qoyub. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirib. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilib. Hər bir xalq öz müstəqillik arzusunu, istiqbal duyğusunu həmişə ürəyində yaşadıb, haçansa onun gerçəkləşməsi, reallaşması üçün əlverişli məqamı gözləyib. Azərbaycan xalqına belə bir tarixi məqam 1991-ci ildə – sovet imperiyası dağılan zaman nəsib oldu. Lakin ötən əsrin 90-cı illəri Azərbaycan xalqı və onun dövlətçiliyi üçün əsl sınaq dövrü oldu. Həmin vaxt ölkədə cərəyan edən hadisələr, vətəndaş müharibəsi, xaos, torpaqlarımızın işğalı fonundakı anarxiya göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etmək qədər çətin və məsuliyyətli bir işdir. Ölkəyə rəhbərlik edənlər isə respublikanı milli fəlakətə sürükləyirdilər. Xalqımız öz nicatını liderlik xüsusiyyətlərini daşıyan şəxsiyyətdə, milli liderdə görürdü. Bu tarixi şəxsiyyət Azərbaycanı öz varlığı qədər sevən Heydər Əliyev idi. Dövlətçiliyimizin və müstəqilliyimizin xilası Milli Qurtuluş Günündən başlayır Bu gün Babək rayonunun kəndlərində aparılan quruculuq işləri, açılan yeni iş yerləri, yaradılan təsərrüfatlar, aqrar sahənin dinamik inkişafı, çəkilən rahat yollar, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı görülən işlər Milli Qurtuluş Gününün mahiyyətini bir daha ortaya qoyur.

 

İsa MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930