SON DƏQQƏ

naxcivanxeberleri.com

XII Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyə Konfransının açılış mərasimi keçirilib

XII Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyə Konfransının açılış mərasimi keçirilib
14-06-2020, 18:19

İyunun 14-də telekonfrans vasitəsilə XII Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyə Konfransının açılış mərasimi keçirilib. Konfrans İslam İnkişaf Bankının İslam Tədqiqat və Təhsil İnstitutunun koordinasiyası, İstanbul Səbahəddin Zaim Universitetinin Beynəlxalq İslam İqtisadiyyatı və Maliyyə Tətbiqi və Tədqiqat Mərkəzinin milli və beynəlxalq qurumlarla əməkdaşlığı çərçivəsində baş tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pandemiya və keçid dövrü ilə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. Pandemiya dövründə Türkiyədən dünyanın 125 ölkəsinə tibbi ləvazimatlardan ibarət yardımın göndərildiyini deyən Rəcəb Tayyib Ərdoğan normallaşma ilə bərabər ölkədə istehsal, ticarət və turizm sahələrinin canlanmağa başladığını vurğulayıb.

Pandemiyanın həyatın hər sahəsinə mənfi təsir göstərdiyini qeyd edən Türkiyə Prezidenti bu müddət ərzində sosial ədaləti və bərabərliyi təmin etmək üçün yalnız maddi sərvətin kifayət etmədiyinin aşkar şəkildə ortaya çıxdığını deyib.

Qeyd edilib ki, hazırkı vəziyyətə baxmayaraq, bu ilin ilk rübündə Türkiyə iqtisadiyyatında 4,5 faiz artım müşahidə olunub.

COVID-19 pandemiyasından sonra bütün dünyada köklü dəyişikliklərin gözlənildiyini deyən Türkiyə Prezidenti yeni dövrdə İstanbulun İslam maliyyəsi və iqtisadiyyatının mərkəzi halına gətirilməsinin hədəfləndiyini bildirib.

Qeyd edək ki, konfrans iyunun 16-dək davam edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930