SON DƏQQƏ

23:49 - Əcəmi Seyrəngahında gənclərin iştirakı ilə “Yoqa Günü” təşkil olunub-FOTO

23:30 - Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

22:53 - Mövlud Çavuşoğlu: “Ermənistan ağlını başına yığsın”

22:34 - ABŞ İrana və Maduroya qarşı yeni sanksiyalar tətbiq edib

22:01 - Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir

21:53 - Xarici dövlətlərin ixtisaslarının tanınması qaydası dəyişib

21:25 - Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiqlənib

21:13 - Sentyabrın 22-si üçün teledərslərin cədvəli açıqlanıb

20:43 - Görkəmli bəstəkarın Naxçıvan sevgisi

20:23 - Prezident İlham Əliyev: Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır

20:09 - Prezident İlham Əliyev: Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır

19:43 - Azərbaycan Prezidenti: Bu gün davam edən COVID-19 pandemiyası multilateralizmin əhəmiyyətini bir daha nümayiş etdirir

19:35 - Prezident İlham Əliyev: Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə ehtiyacı var

19:27 - Dövlət Xidməti: Ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir

19:18 - Kriştianu Ronaldunun adı futbol akademiyasına verildi

naxcivanxeberleri.com

Kamran Əliyev Litvanın Azərbaycandakı səfiri ilə görüşüb

Kamran Əliyev Litvanın Azərbaycandakı səfiri ilə görüşüb
11-06-2020, 19:04

Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidiyus Navikasla görüşüb.

Baş Prokurorluqdan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror, ilk növbədə, hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, yeni informasiya texnologiyalarının tətbiqinə əsaslanan qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan köklü kadr və struktur islahatlarının reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində aparılan tədbirlərdən danışan Baş prokuror Avropa İttifaqının Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdikləri tədbirləri alqışladığını və Litva Respublikasının hüquq-mühafizə orqanları ilə mövcud səmərəli ikitərəfli hüquqi əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşdə 2009-2011-ci illər ərzində Avropa İttifaqının “Twining” layihəsi çərçivəsində Litvanın Xüsusi İstintaq İdarəsi və Azərbaycan Prokurorluğu arasında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəstək” layihəsini xatırladan K.Əliyev Tvininq layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynadığını xüsusi vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Edigiyus Navikas ikitərəfli münasibətlərə toxunaraq təmsil etdiyi ölkənin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini qeyd edib. Səfir ölkələrimizin prokurorluq orqanları arasında faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930